BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri: “Çox təəssüf ki, daxildə də maskalanmış düşmənlərimiz var”

Bütün Xəbərlər
15:38 01.04.2011
1934

D.Qənbərov bildirib ki, adlarını müxtəlif siyasi partiyaların rəhbərləri qoyaraq, özlərini müxtəlif siyasi oyunların iştirakçısı hesab edərək Azərbaycan xalqına xəyanət edən, xalqına qarşı düşmənçilik siyasəti həyata keçirən, xəyanətkar əməlləri gizli və ya açıq şəkildə nümayiş etdirənlərə qarşı Azərbaycan gəncliyi qəti şəkildə etirazını bildirir: “İntellektual, mənəvi baxımdan sağlam Azərbaycan gəncliyi xalqın düşmənlərindən biri olan Əli Kərimsizə qarşı etiraz edir. Onu əməllərindən, tutduğu səhv yoldan çəkinməyə çağırır”. 

 BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri bildirib ki, etiraz edən gənclər Əli Kərimlidən qat-qat ağıllıdırlar: “Gənc olmasına baxmayaraq intellektual səviyyəsi Əli Kərimlidən yüksək olan o qədər gənc var ki, özlərindən yaşca böyük olan Əli Kərimlini düz yola dəvət edir. Yəqin ki, Əli Kərimli bundan bir nəticə çıxaracaq”.

/// sia.az

 

OXŞAR XƏBƏRLƏR