BDU-nun tələbəsi ‘Facebook’da status yazdıqdan sonra yoxa çıxdı - FOTOLAR

BDU-nun tələbəsi ‘Facebook’da status yazdıqdan sonra yoxa çıxdı -  FOTOLAR
Bütün Xəbərlər
12:27 18.11.2013
22550

Xətai rayonu ərazisində yaşayan Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin 2-ci kurs tələbəsi Asim Məmmədov iki gündür yoxa çıxıb.

Ailə üzvlərinin sözlərinə görə, A.Məmmədov şənbə günü saat 23 radələrində internet kluba getmək adı ilə evdən çıxıb, geri qayıtmayıb. AZXEBER.COMyoxa çıxan tələbə Asim Məmmədovun facebook profilini tapıb. Onun facebookda yazdığı sonuncu statuslar maraq doğurur. “Sizin xeyir-duanıza çox-çox ehtiyac duyuram. Rəhman və Rəhim Allahdan istəyirəm ki, xidmət göstərməkdə qüsur və təqsirli olduğuma görə üzrümü qəbul edəsiniz. Millətə ümidvaram ki, xidmət göstərməkdə təqsirli və qüsurlu olduğuma görə üzrümü qəbul edib qüdrət, iradə və qətiyyətlə irəli gedəcəksiniz.” A.Məmmədov bu statusunu iki gün bundan öncə- yoxa çıxdığı gün yazıb.

İtgin düşən tələbənin profilində daha çox radikal dini statuslar nəzərə çarpır.

OXŞAR XƏBƏRLƏR