BDU-nun tələbəsi VHP Gənclər Təşkilatının sədri seçildi

GƏNCLİK
23:35 09.04.2012
2205
Aprelin 9-da Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatının IX Konfransı keçirlib. Konfransda VHP sədri Sabir Rüstəmxanlı, Müsavat başqanı İsa Qəmbər, DAK Daimi Şurasının sədri Əjdər Tağızadə, politoloq Ərəstun Oruclu, VHP Ali Məclisinin sədri Rafiq Manaflı, Hollandiya Liberal-Demokrat Partiyasının üzvü İsa Yusifli, AXCP, Müsavat, ADP, AMİP, KXCP-nin gənclər təşkilatlarının nümayəndələri, NİDA, Azad Gənclik, Müsbət Dəyişiklik, Dalğa, Avropa Hərəkatı, İdeya Gənclər klubu, Gənclər Klubu İB-nin, BAGT-nin və digər təşkilatların nümayəndələri iştirak ediblər.Konfransa hazırlıq üzrə təşkilat komitəsinin sədri Nicat Kamal konfrans öncəsi görülən işlərlə bağlı məlumat verib. Təşkilat sədri Emil Bağırov və Nəzarət-Təftiş Qrupunun sədri Xalid Hadiyevin hesabat məruzələrindən sonra qonaqlar ürək sözlərini deyərək gənclərə uğurlar arzulayıblar.Sonra təşkilatın seçkili orqanlarına seçkilər keçirilib. Təşkilat sədrliyi uğrunda Baba Qamətli, Namiq Əhmədli və Pünhan İmamlı mübarizə aparıblar. Böyük səs çoxluğu ilə Pünhan İmamlı sədr seçilib. Qeyd edək ki, Pünhan İmamlı hazırda Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alır.  Gənclər Təşkilatı Məclisinin ilk toplantısı da keçirilib. Təşkilatın Şura üzvlüyünə 9 nəfər seçilib. Təşkilat sədrinin təqdimatı ilə Nicat Kamal birinci müavin, Baba Qamətli təşkilati işlər, Namiq Əhmədov siyasi məsələlər, Sevinc Məmmədova beynəlxalq məsələlər, Pərviz Həsənov mətbuatla iş, Salman Hüseynov ideoloji işlər üzrə müavin seçiliblər.Nəzarət-Təftiş Qrupunun iclasında isə Vüsal Mehdiyev sədr seçilib.

OXŞAR XƏBƏRLƏR