Bunu jurnalistlərə açıqlamasında BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov bildirib.
Onun sözlərinə görə, universitetin 100 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində yeni yataqxananın, həmçinin texnoparkın inşası nəzərdə tutulub. “BDU hazırda dünyanın 2000 universiteti sırasına düşür. Ali təhsil müəssisəsinin reytinqində yataqxana 30% qiymət verilən yerdir. BDU bu reytinq siyahısına hələlik yalnız təhsili ilə daxil olub”, - Məhərrəmov bildirib. Onun sözlərinə görə, yataqxana problemi həll olunsa, universitet dünyanın ən yaxşı 300 ali təhsil müəssisəsi sırasına daxil olar.
Rektor deyib ki, tələbələrin köçürülməsinin hissə-hissə aparılması nəzərdə tutulur, lakin BDU rəhbərliyi hökumətdən köçürülməni birdəfəlik həyata keçirilməsi xahişi ilə müraciət edib.