Qeyd edək ki, hər gün saat 9.00-da imtahanlara nəzarət edəcək müəllimlərin bölgüsü keçirilir və bölgü başa çatdıqdan sonra rektor, akademik Abel Məhərrəmov imtahan keçirilən auditoriyalarda olur. Dünən Fizika və Biologiya fakültəsinin tələbələrinin imtahan prosesini izləyən rektor, bu gün Beynəlxalq hüquq və Beynəlxalq münasibətlər, Hüquq və Filologiya fakültələrində olub. Cinayət hüququ, Beynəlxalq hüquq, Dünya iqtisadiyyatı, Rus dili və ədəbiyyatı fənlərindən imtahan verən I, III və IV kurs tələbələri ilə söhbət söhbət edib, sualların keçirilmiş mühazirə mətnlərinə uyğun olub-olmaması ilə maraqlanıb.
Rektor yazılı (monitorinq) və test üsulu ilə imtahan verən tələbələrə uğurlar arzulayıb, onları biliklərinin obyektiv qiymətləndiriləcəyinə əmin edib.
Qeyd edək ki, universitetin hər korpusunda şikayət, təklif və iradlar üçün qutular qoyulub, «Qaynar xətt» yaradılıb.