BDU Türkiyə universitetləri ilə memorandum imzaladı - FOTO

BDU Türkiyə universitetləri ilə memorandum imzaladı - FOTO
GƏNCLİK
17:40 26.01.2012
3374

Bakı Dövlət Universiteti Türkiyənin Qafqaz və Ardahan universitetləri ilə memorandum imzalayıb

BDU-nun Mətbuat və İnformasiya şöbəsindən AZXEBER.COM portalına verilən məlumata görə, bu gün Qafqaz Universitetləri Birliyinin sədri, Ardahan Universitetinin rektoru, professor, doktor Ramazan Korkmaz, Qars Qafqaz Universitetinin rektoru professor, doktor Sami Özcan və Bakı Qafqaz Universitetinin rektoru, professor, doktor Əhməd Saniç Bakı Dövlət Universitetində olublar.

Qonaqları qəbul edən universitetin rektoru, akademik Abel Məhərrəmov onlara universitet haqqında ətraflı məlumat verib. Tanınmış alimlərin BDU-ya gəlişindən məmnunluq duyduğunu deyən rektor, BDU-nun beynəlxalq əlaqələrindən danışıb və dünyanın ən böyük elm ocaqları ilə birlikdə qrant və proqramlar üzərində iş apardığını qeyd edib. Azərbaycanla Türkiyə arasında olan dostluq, qardaşlıq əlaqələrindən də söz açan rektor, BDU-nun Türkiyənin bir çox ali məktəbi ilə ikitərəfli müqavilələrinin olduğunu, onlarla sıx əməkdaşlıq etdiyini vurğulayıb. BDU-nun Qars Qafqaz və Ardahan Universitetləriilə sıx əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirən rektor Abel Məhərrəmov, bugünkü görüşün bu əlaqələrin davamlı xarakter daşımasındaböyük zəmin yaratdığını deyib.

Ardahan Universitetinin rektoru Ramazan Korkmaz, öz növbəsində, rəhbərlik etdiyi Qafqaz Universitetləri Birliyi haqqında geniş məlumat verərək Birliyin tətbiq etdiyi Mövlana proqramı haqqında danışıb. Məlum olub ki, Mövlana proqramı, eynilə Avropadakı Erasmus Mundus proqramı kimi bölgədəki ölkələrin universitetlərinin tələbə və müəllim mübadiləsini dəstəkləmək, bu prosesi maliyyələşdirərək, proses zamanı yaranacaq qarşılıqlı əməkdaşlığı ölkələrimizin gələcəyinə yönəltmək üçün planlaşdırılmış bir layihədir. Bu layihə çərçivəsindəQafqaz Universitetləri Birliyi ilə Bakı Dövlət Universiteti arasında sıx əməkdaşlığının yaranacağını ümid edən Ramazan Korkmaz artıq 24 universitetin üzv olduğu bu Birliyin I-ci Gənclik Qurultayının Naxçıvan Dövlət Universitetində keçirildiyini qeyd edib.

Sonda birgə elmi tədqiqatların aparılması, tələbə, təcrübə və informasiya mübadiləsi, müxtəlif mövzularda çoxsaylı konfransların, seminarların keçirilməsi və digər məsələləri əhatə edən Memorandumu imzalanıb.

Qeyd edək ki, Qars Qafqaz və Ardahan Universitetləri Türkiyənin gənc, lakin dinamik şəkildə inkişaf edən universitetləridir. Qars Qafqaz Universiteti 1992-ci ildə təsis edilib. Hazırda 6 fakültə (İqtisadiyyat və idarəetmə, pedaqogika, tibb, mühəndislik və memarlıq, ədəbiyyat, baytarlıq fakültələri), 3 kollec (yüksək okul), 5 peşə məktəbi, 1 dövlət konservatoriyası, 10 araşdırma mərkəzləri fəaliyyət göstərir. Hal-hazırda Universitetdə 12500 tələbə təhsil alır.

2008-ci ildə təsis edilmiş Ardahan Universitetində İqtisadiyyat və idarəetmə, İnsan və Ədəbiyyat, Mühəndislik fakültələri fəaliyyət göstərir. Hazırda Universitetdə 10000-dən çox tələbə təhsil alır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
13:13 07.06.2025
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
12:45 07.06.2025
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
12:35 07.06.2025
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
12:21 07.06.2025
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
12:12 07.06.2025
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
12:00 07.06.2025
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
11:53 07.06.2025
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
“TikTok”da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu- VİDEO
11:48 07.06.2025
“TikTok”da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu- VİDEO
Yağıntılı hava nə vaxtadək davam edəcək?
11:25 07.06.2025
Yağıntılı hava nə vaxtadək davam edəcək?
ATİAHİ Respublika Komitəsi Qurban bayramı münasibətilə 1000 nəfər təhsil işçisini sevindirdi
11:14 07.06.2025
ATİAHİ Respublika Komitəsi Qurban bayramı münasibətilə 1000 nəfər təhsil işçisini sevindirdi