BEA ilə Azərbaycan arasında qlobal enerji məsələləri müzakirə edilib

BEA ilə Azərbaycan arasında qlobal enerji məsələləri müzakirə edilib
SOSİAL
23:01 10.11.2026
59
Beynəlxalq Enerji Agentliyi (BEA) ilə Azərbaycan arasında qlobal enerji məsələləri müzakirə edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə BEA-nın rəhbəri Fatih Birolla Azərbaycanın energetika naziri Pərviz Şahbazov arasında fikir mübadiləsi aparılıb.

"Biz Antalyadakı müzakirələrin Bakıdakı COP29-un nəticələrinə, o cümlədən Qlobal Enerji Saxlanması, Şəbəkələr Öhdəliyinə və əvvəlki digər COP-ların nəticələrinə necə əsaslana biləcəyi barədə danışdıq", - F. Birol "X" sosial şəbəkə hesabında yazıb.

Qeyd edək ki, görüş Türkiyədə keçirilən COP31 çərçivəsində baş tutub.

OXŞAR XƏBƏRLƏR