Bəhram Bağırzadənin ağciyər və bədəninin reabilitasiyasına başlanıldı

MƏDƏNİYYƏT
10:47 04.07.2020
2538
"Əməkdar artist Bəhram Bağırzadənin səhhəti ilə bağlı hər şey yaxşıdır və hər gün klinik vəziyyətində müsbət dinamika davam edir”.

Bunu "Report”a açıqlamasında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin "Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov deyib.

O bildirib ki, B.Bağırzadə hələ trakeostoma vasitəsilə süni tənəffüs aparatında nəfəs alır: "Artıq ağciyər və bədənin reabilitasiyasına başlanılıb. Müalicə həkimləri və hamımız onun süni tənəffüs aparatından ayrılacağı günü səbirsizliklə gözləyirik”.

B.Bağırzadə bir neçə gün əvvəl ECMO cihazından ayrılıb.

Qeyd edək ki, ECMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu. Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları təcili olaraq gecə konsilium keçirib və xəstənin ECMO cihazına qoşulmasına qərar vermişdi. Xəstənin ECMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi.

B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:52 12.08.2020

Rusiyanın COVID-19 vaksininin 100-dən çox yan təsiri ortaya çıxıb

16:41 12.08.2020

Azərbaycanda daha 93 nəfər koronavirusa yoluxdu, 202 nəfər sağaldı

16:37 12.08.2020

Baş infeksionistdən xəbərdarlıq - "Payız aylarına hazır olmalıyıq"

16:22 12.08.2020

Sahibkarlığın İnkişafı Fonduna yeni sədr təyin edilib

16:04 12.08.2020

Vilayət Eyvazov bu rayona yeni DYP rəisi təyin etdi

15:52 12.08.2020

Prezident İnvestisiya Holdinqinin Müşahidə Şurasının tərkibini təsdiq etdi - SİYAHI

15:39 12.08.2020

Məhərrəm ayında toy etmək olarmı? - Hacı Şahindən açıqlama

15:23 12.08.2020

Azərbaycan Premyer Liqasında mövsümün püşkü atıldı

15:16 12.08.2020

İlham Əliyev Bakıya gətirilmiş TX modelli yeni "London taksi"ləri ilə tanış oldu - FOTOLAR

15:06 12.08.2020

15 yaşlı qızı hamilə qoyan müəllimlə bağlı hökmdən protest verildi - RƏSMİ AÇIQLAMA

14:57 12.08.2020

Rayonlara avtobuslarla gediş-gəlişlə bağlı RƏSMİ AÇIQLAMA

14:52 12.08.2020

Nazirlikdən 190 manatla bağlı açıqlama: Nə vaxt veriləcək?

14:49 12.08.2020

Sahibkarlara maliyyə dəstəyi göstərilməsinə başlanıldı

14:40 12.08.2020

Azərbaycanda yüksək vəzifəyə TƏYİNAT

14:36 12.08.2020

Həbib Nurməhəmmədov: "Castin Geyci ilə döyüş ilin ən yaxşısı olacaq"

14:22 12.08.2020

"Ermənistanın Milli Təhlükəsizlik Strategiyası sanki saxta tarix dərsliyidir" - Hikmət Hacıyev

X Mostbet