Azərbaycan prezidenti İlham Əliyevin Belarus Respublikasına rəsmi səfəri bu ölkənin kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb. Belarusun nüfuzlu “Narodnaya qazeta” nəşrində “Tərəfdaşlığın strateji xarakteri” adlı məqalə dərc edilib. Məqalədə Azərbaycan prezidentinin Belarusa rəsmi səfəri zamanı müzakirə edilən məsələlərə, keçirilən görüşlərə xüsusi yer verilib.
Oxucular “Bir dildə söhbət” sərlövhəli məqalə ilə “Belarus seqodnya” qəzetində tanış olublar. Məqalə Azərbaycan-Belarus əməkdaşlığından, strateji xarakter daşıyan tərəfdaşlıqdan, əlaqələrin genişləndirilməsində prezident İlham Əliyevin xidmətlərindən, iki ölkə arasında olan dostluq, qarşılıqlı hörmət, dəstək və səmimiyyətdən bəhs edir.
Azərbaycan prezidentinin Belarusa səfərinə geniş yer ayıran nəşrlərdən biri də “Respublika” qəzeti olub. “Təşəbbüslər arxasında konkret işlər” adlanan məqalə də Belarusda keçirilən danışıqlara, imzalanan sənədlərə, Azərbaycan-Belarus əməkdaşlığında yeni perspektivlərə həsr edilib.
Azərbaycan prezident İlham Əliyevin Belarusa rəsmi səfəri yerli televiziya kanalları tərəfindən də geniş işıqlandırılıb.
//ANS Press