
Meri Ann Bevan1874-cü ildə Londonda doğulub. Evləndikdən sonra onda qəribə sindromlar müşahidə edilməyə başlayıb. Bu sindrom bədənin bir qisminin həddindən artıq böyüməsinə yol açıb. Bevanın da başı nəzarətsiz şəkildə böyüməyə başlayıb.

Mirtle CorbinCosefina Mirtle Corbin ABD-ın Tenessa ştatında doğulub. Onun qəribəliyi isə 4 ayağının olması olub. Buna səbəb isə ana bətnində olarkən əkizinin ona birləşməsi olub. Corbinin 4 ayağından ikisi daha qısa olub. Qadının hər 4 ayağı hərəkət qabiliyyətinə sahib olub. Bu vəziyyəti ilə ərə gedən qadın 5 uşaq dünyaya gətirib.

Martin LaurelloMartin Laurello Almaniyada 1886-cı ildə doğulub. Başını fırlada bilmək xüsusiyyətinə sahib olan kişi şoulara çıxmağa başlayıb. Sirklərdə, teatr tamaşalarında iştirak edədn Laurello tanınmaq üçün ABŞ-a köçüb.

Madmazel Qabriellaİsveçrədə doğulan Qabriella Fuller bədəninin aşağı hissəsi olmadan dünyaya gəlib. Parisdə qatıldığı sirk şousundan sonra tanınıb. Bədənin üst hissəsi qüsursuz gözəlliyə sahib olan Qabriella iki dəfə evlənib.

Madam KlofulliaMadam Klofullia İsveçrəde doğdu. Doğuşdan üzü tüklə örtülü olan Klofullia 8 yaşında 5 sm-lik saqqalara sahib idi. Bu özəlliyindən istifadə edərək turnelərə çıxıb. Parisdə tanaış olduğu rəssamla evlənib. Saqqalı Napoleona bənzədiyi üçün Fransada xüsusi şöhrət qazanıb. Bu şöhrəti sayəsində Napoleon ona böyük bir almaz belə hədiyyə edib.

Lionel1890-cı ildə Polşada doğulan Stefan Bibrovski normal ailənin uşağı olub. Genetik xəstəliklə bağlı olaraq müəyyən yaşdan sonra bədəni qalın tüklərlə örtülüb. Bu vaxta qədər bu xəstəlikdən dünyada sadəcə 50 nəfərdə müşahidə edilib. Üzü tüklə örtüldüyü üçün o pələngi xatırladıb. Adını da məhz buna görə qazanıb.

Ella Harperİtaliya yaşayan qız "dəvə qız" olaraq tanınıb. Yol kənarında diz çökərkən ayaqlarının öndə qaldığı müəyyən edilməsi sayəsində o tapılıb. Məktəbə gedənə kimi tamaşalarda, turnelərdə iştirak edib. Məktəbə getmək üçün bu fəaliyyətini dayandırsada, sonrakı illərdə səhnəyə çıxmağa davam edib.
