''Belə şeylərin axırı yaxşı qurtarmır''

İDMAN
14:35 10.10.2012
1396

Milli komandamızım yarımmüdafiəçisi Elvin Məmmədovun müsahibəsi.

-Yığmamızı oktyabrın 16-da səfərdə Rusiyaya qarşı keçiriləcək oyuna hazır hesab edirsən?

-Bu qarşılaşmanın məsuliyyətini yaxşı dərk edirik. Məşqlərdə futbolçular canla-başla çalışırlar. Belə davam etsək, qarşıdakı oyuna yüksək əhval-ruhiyyədə çıxacağıq.

-Rusların yığmamıza yuxardan aşağı baxmasına münasibətin necədir?

-Qoy, onlar bu cür fikirləşməkdə davam etsinlər. Bəzən belə şeylərin axırı yaxşı qurtarmır. Türkiyə millsi də bir zamanlar bizi ciddiyə almamışdı. Nəticədə bizimlə qarşılaşmada məğlub olaraq dünya çempionatı kimi mötəbər yarışdan kənarda qaldılar. Əsas məsələ bizim onlardan xal almağımızdır. Rusların arxayınçılığı bizim xeyrimizə işləyə bilər.

-Necə düşünürsən, rusların hansı mövqeyindən ehtiyat etmək lazımdır?

-Düzdü, onlar onsuz da evdə daha güclü təsir bağışlayırlar. Rusların orta və hücum xətti daha təhlükəli olur.-Rusiyayla matçda meydana çıxacağına inanırsan?-Bu barədə baş məşqçiylə söhbətimiz olmayıb. Ancaq məşqlərdə özümü yaxşı tərəfdən göstərməyə çalışıram ki, növbəti oyunda heyətdə yer alım. Əgər baş məşqçi mənə şans versə, əlimdən gələni edəcəyəm. Mən millidə kifayət qədər oyun keçirmişəm. Qol vurmuşam, qol ötürmələri ötürmüşəm. Bu təcrübəmə güvənərək, etimadı doğruldacağıma inanıram.

-Bəs, fikrincə, Rusiya səfərindən xalla qayıda bilərik?

-Ruslar kağız üzərində favoritdir. Lakin elə bir komanda yoxdur ki, ondan xal alınmasın. Əgər Bakıda onların qapısına qol vurub bərabərə qalmışıqsa, eyni şeyi “Lujniki”də də edə bilərik. Şəxsən mən komandamıza inanıram.

//qol.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
16:13 06.10.2026
"İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
16:10 06.10.2026
Azercell-in baş icraçı direktoru Dima Əl-Yəhya ilə görüşüb
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
15:55 06.10.2026
Prezident 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanladı
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
15:33 06.10.2026
“İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
15:18 06.10.2026
Sedasiya uşaqlar üçün təhlükəlidirmi? – Stomatoloq risklərdən danışdı
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
15:14 06.10.2026
Universitetlər şəhərdən köçürülsə, tıxaclar azalacaq? – VİDEOSORĞU
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
15:12 06.10.2026
“Əminəm ki, hər bir vətənpərvər azərbaycanlı öz dövləti ilə fəxr edir”
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
15:08 06.10.2026
Ermənistan-Türkiyə sərhədi açılır? – Politoloqdan AÇIQLAMA
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
14:59 06.10.2026
Birbank “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”
14:57 06.10.2026
Avropa Parlamentində Fransaya sərt ittiham: “Uşaqlar şikəst edilir”
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı
14:50 06.10.2026
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırdı
Dünya ölkələrinin parlamentlərində baş verən davalar - SİYAHI
14:44 06.10.2026
Dünya ölkələrinin parlamentlərində baş verən davalar - SİYAHI
Yaş artdıqca evlənmək istəyi niyə azalır?
14:37 06.10.2026
Yaş artdıqca evlənmək istəyi niyə azalır?
Bu qidalar depressiya riskini artıra bilər – Alimlərdən xəbərdarlıq
14:34 06.10.2026
Bu qidalar depressiya riskini artıra bilər – Alimlərdən xəbərdarlıq
Havalar soyuyur, kombilər işə düşür – Ekspertdən xəbərdarlıq
14:34 06.10.2026
Havalar soyuyur, kombilər işə düşür – Ekspertdən xəbərdarlıq
Sosial şəbəkələr insanların özünəinamına necə təsir edir?
14:12 06.10.2026
Sosial şəbəkələr insanların özünəinamına necə təsir edir?