Bələdiyyə binasını təmir edən fəhlə yıxılıb öldü

Bələdiyyə binasını təmir edən fəhlə yıxılıb öldü
Bütün Xəbərlər
13:50 10.02.2014
643

Araşdırmalar zamanı Ağa Mahmudovun əmək müqaviləsilə çalışdığı məlum olub

Neftçala rayonunda bələdiyyə binasında təmir işləri görən fəhlə bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Neftçala Rayon Prokurorluğunun müstəntiqi Ramiz Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, fevralın 8-də şəhər mərkəzində bələdiyyəsinin inzibati binasının fasadlarının təmiri zamanı fəhlə Ağa Mahmudov 3-cü mərtəbədən yıxılaraq ölüb.Araşdırmalar zamanı Ağa Mahmudovun əmək müqaviləsilə çalışdığı məlum olub. Faktla bağlı Cinayət Məcəlləsinin 162,2-ci maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR