Bələdiyyə seçkilərində gənclərin fəallığı müzakirə edilib

GƏNCLİK
14:21 23.10.2014
1895
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Bələdiyyə seçkiləri və gənclər arasında seçki fəallığı” layihəsi çərçivəsində ilk tədbirini oktyabrın 22-də Qazax rayonunda təşkil edib.Birlikdən bildiriblər ki, TUMİB-in sədri Çingiz Bayramov son illər gənclərin ölkənin ictimai-siyasi həyatında fəallığının artdığını bildirib. Qeyd olunub ki, layihənin məqsədi gənclərimizi bələdiyyə seçkilərində fəal iştiraka təşviq etməkdir. Dövlət yerli özünüidarəetmə orqanlarının cəmiyyətin həyatındakı rolunun artırılmasında maraqlıdır.

OXŞAR XƏBƏRLƏR