Bələdiyyələrlə bağlı şikayətlər azalıb

Bələdiyyələrlə bağlı şikayətlər azalıb
Bütün Xəbərlər
14:42 22.11.2013
495

Artıq vətəndaşların bələdiyyələrə inamları artıb.

AZXEBER.COM xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisiMehdi Səlimzadədeyib.O qeyd edib ki, bu il bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərin təhlili göstərir ki, əvvəlki illərdən fərqli olaraq bələdiyyə sədrlərin yol verdikləri qanunsuzluqla bağlı vətəndaşların etdikləri müraciətlərin sayı azalıb:“Bununla bağlı hər il bizim təşkilata 2 minə qədər müraciət daxil olurdusa, bu ilin 9 ayın nəticəsinə görə bu rəqəmlər aşağı düşüb. Artıq bu gün vətəndaşlar bələdiyyələrə kömək məqsədilə müraciət edirlər. Bu da ilk növbədə bələdiyyələrin fəaliytyətində qanunsuzluqların aradan qaldırılması üzrə həyata keçirilən tədbirlərin müsbət nəticəsi kimi qiymətləndirilə bilər”.

OXŞAR XƏBƏRLƏR