Belqorodda Ukrayna PUA-sının mikroavtobusa hücumu nəticəsində 3 nəfər ölüb

Belqorodda Ukrayna PUA-sının mikroavtobusa hücumu nəticəsində 3 nəfər ölüb
DÜNYA
23:04 04.11.2026
230
Rusiyanın Belqorod vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının mülki mikroavtobusa zərbə endirməsi nəticəsində üç nəfər, o cümlədən 8 yaşlı uşaq həlak olub.

Bu barədə vilayətin qubernatoru Aleksandr Şuvayev məlumat verib.

Onun sözlərinə görə, hadisə Rakitnoye rayonunda baş verib. Mikroavtobusdakı kişi, qadın və azyaşlı oğlan təcili tibbi yardım gələnədək aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
 
///apa.az
OXŞAR XƏBƏRLƏR