Bəqai: Əraqçi BMT TŞ-nin iclasında iştirak etməyəcək

Bəqai: Əraqçi BMT TŞ-nin iclasında iştirak etməyəcək
DÜNYA
13:00 25.05.2026
225
İranın xarici işlər naziri Abbas Əraqçi viza problemlərinə görə Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında iştirak edə bilməyəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai brifinq zamanı bildirib.

"Ümumi vəziyyəti nəzərə alaraq, bu səfər baş tutmayacaq. Bundan başqa, ABŞ vizaları ilə bağlı da problemimiz yaranıb. BMT Təhlükəsizlik Şurasının iclası, anladığım qədərilə, sabah və ya biri günə (27 may - red.) planlaşdırılıb, buna görə də bu səfər baş tutmayacaq", - o qeyd edib.
OXŞAR XƏBƏRLƏR