AZXEBER.COM İctimai.tv-yə istinadən xəbər verir ki, gəmidə sağ qalan azərbaycanlı danışıb.
"Dünən bizim gəmimizə hücum oldu dron vasitəsilə. Gəminin kapitanı Əhədov Rəcəb və Əliyev Məhəmməd, üçüncü kapitan, xidməti dəyişərkən dron vasitəsilə ilk zərbə endirildi. Biz nə qədər kömək eləmək istəsək də nail ola bilmədik. Sonra ardıcıl üç dənə də zərbə vuruldu gəminin mostik hissəsinə. Onları heç cürə xilas eləyə bilmədik, qaldılar orada.” deyə o, bildirib.











































