Bəqai: Tehran dialoqa hazırdır, lakin artıq Vaşinqtona etibar etmir

Bəqai: Tehran dialoqa hazırdır, lakin artıq Vaşinqtona etibar etmir
DÜNYA
16:28 18.06.2025
315
Ərəb ölkələri ABŞ-nin İrana qarşı mümkün zərbələri üçün öz ərazilərini ona verməkdən çəkinməlidirlər.

Bunu "Al Jazeera”ya müsahibəsində İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqai bildirib.

O qeyd edib ki, İranın ərəb ölkələri ilə çox yaxşı münasibətləri var: "Biz əminik ki, ABŞ bazalarının yerləşdiyi ərəb ölkələri öz ərazilərindən müsəlman qonşularına qarşı hücumlar üçün istifadə edilməsinə icazə verməyəcəklər".

Diplomatın sözlərinə görə, hər hansı bir ABŞ müdaxiləsi regionda tammiqyaslı müharibə üçün resept olacaq.

İ.Bəqai əlavə edib ki, İran dialoqa hazırdır, lakin artıq Vaşinqtona "etibar etmir". O, həmçinin bildirib ki, İran digər ölkələrlə, o cümlədən BMT Təhlükəsizlik Şurası ilə əlaqəni davam etdirir.
OXŞAR XƏBƏRLƏR