Bərbərxana və gözəllik salonu da bağlanmalıdır? – Rəsmi

SOSİAL
13:32 29.03.2020
3365
Bu gündən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqi ilə bağlı bəzi suallar ortaya çıxıb.

Xüsusi karantin rejimində bərbərxana və gözəllik salonlarının da fəaliyyətini dayandırıb-dayandırmadığı müzakirə edilir. Bəziləri isə Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyevin 25 martda verdiyi açıqlamanı yayaraq, bu obyektlərin fəaliyyətində heç bir problem olmadığını bildirib.

Mövzu ilə bağlı saytımıza açıqlamasında Elşad Hacıyev bildirib ki, 25 martda verdiyi açıqlama 29 mart saat 00:00-dan qüvvəyə minən xüsusi rejimə aid deyil:

"Xüsusi rejim bugündən qüvvəyə minib və Operativ Qərargahın qərarında konkret bu barədə qeyd edilib. Ərzaq mağazaları və apteklər istisna olmaqla, yerdə qalan bütün iaşə obyektləri – bərbərxanalar, gözəllik salonları, avtomobil təmiri sexləri, dərzilər və buna uyğun bütün xidmətlər dayandırılıb. Bu qaydalara əməl etməyən hüquqi və fiziki şəxslərlə bağlı qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcəkdir”.
 
///Axar.az 

OXŞAR XƏBƏRLƏR