Bərdə rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM-un verdiyi məlumata görə, Bərdə -Yevlax yolunun Divanlı kəndindən keçən ərazisində baş verən qəzada yüksək sürətlə hərəkət edən “Daewoo-Nexia “ markalı avtomobil qarşıdan gələn “VAZ 2106” markalı maşınla toqquşub.Nəticədə “Daewoo-Nexia“nın sürücüsü Asəf Quliyev hadisə yerində həyatını itirib. Digər avtomobildəkilər- Ziya Əliyev, Sücayət Paşayev və Elnur Əsədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Yaralılar dərhal Rayon Mərkəzi Xəstəxanasına aparılıblar, vəziyyətlərinin ağır olduğu bildirilir.Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma işləri aparılır.