Bərdədə avtomobil piyadanı vuraraq öldürüb

Bərdədə avtomobil piyadanı vuraraq öldürüb
Bütün Xəbərlər
12:00 17.12.2013
551

Bərdə rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın xəbərinə görə, hadisə dünən axşam saat 22 radələrində Bərdə rayonunun Hüseynbəyli kəndində qeydə alınıb. Rayon sakini Sahib Muradov idarə etdiyi “VAZ 21099” markalı avtomobillə rayonun Qaradəmirçi kənd sakini Haqverdi Ağayevi vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR