Bərdədə canavar sürüsü kəndə hücum çəkdi – FOTO

Bərdədə canavar sürüsü kəndə hücum çəkdi – FOTO
Bütün Xəbərlər
17:20 22.04.2015
3204

Hadisə baş verən əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları da gəlib.

Bərdədə canavarlar qoyun sürüsünə hücum edib.

Hadisə Bərdənin Əyricə kəndi ərazisindəki fermalardan birində baş verib.

Gecə saat 4 radələrində tövləyə hücum edən canavarlar 8 qoyunu parçalayıb.

Təsərrüfatında 10 baş iribuynuzlu mal-qara, 80 baş qoyun saxlayan fermer Güloğlan Nəbiyev ərazidə əvvəllər də buna oxşar hadisələrin baş verdiyini bildirib.

Ona 3000 manata yaxın ziyan dəydiyini deyən Güloğlan Nəbiyev, heyvanlarının sığortalanmadığını bildirib.

Hadisə baş verən əraziyə hüquq mühafizə orqanlarının əməkdaşları da gəlib.

Bərdə rayon Baytarlıq İdarəsindən isə bildirdilər ki, parçalanmış heyvanların cəsədləri baytar həkimlərinin nəzarəti altında yandırıldıqdan sonra basdırılacaq.

///anspress

OXŞAR XƏBƏRLƏR