Bərdədə dəhşətli qətl: 71 yaşlı kişi ondan küsən arvadını baltaladı
Bütün Xəbərlər
12:31 15.11.2011
1677
Bu gün Bərdə rayonunda dəhşətli qətl hadisəsi törədilib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, rayon sakini, 1940-cı il təvəllüdlü Həsənov Rasim Baba oğlu həyat yoldaşı, 1949-cu ildə anadan olmuş Həsənova Reyhan Həmid qızını baltalayaraq öldürüb. 71 yaşlı kişi qadının başına bir neçə zərbə endirib və onun öldüyünə əmin olduqdan sonra Polis Şöbəsinə gələrək törətdiyi əməllə bağlı məlumat verib. Lent.az-ın əldə etdiyi digər məlumata görə, R.Həsənov və həyat yoldaşı uzun müddət imiş ki, küsülü imiş. 10 ildən çox ayrı yaşayan ər-arvad 2006-cı ildən bəri övladlarının təkidi ilə birlikdə yaşamağa başlayıblar. Lakin R.Həsənova yenə də ərini bağışlamayıb və onu danışdırmayıb. Nəticədə, noyabrın 15-nə keçən gecə 71 yaşlı kişi illər boyu onu bağışlamayan qadını həyətdə baltalayaraq öldürüb. Hadisə zamanı evdə olan Həsənovların gəlini isə səhər saatlarında qayınanasının meyitini qan içində aşkarlayıb.