Bərdədə ev yandı

Bərdədə ev yandı
Bütün Xəbərlər
12:28 22.04.2014
641
Bərdədə ev yanıb.
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə aprelin 21-də saat 21.00 radələrində Bərdə rayonunun Kətəlparaq kəndinə qeydə alınıb.
Kənd sakini Həsrət Qurbanova məxsus evdə baş vermiş yanğın nəticəsində 28 kv.m sahədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb.
Yanıq xəsarətləri alan H.Qurbanov, həyat yoldaşı Sehran Qurbanova, oğlu Coşqun, gəlini Rufanə Qurbanova və azyaşlı nəvəsi Tumurcuq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR