Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
SOSİAL
20:56 18.11.2026
62
Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə Bərdə-Yevlax yolunun Saatlı kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, adı hələ açıqlanmayan qadın sürücü yolu keçməkdə olan rayonun Qarağacı kənd sakini 1994-cü il təvəllüdlü Qasımov Fərid Əfqan oğlunu vurub.

Yaralı aldığı xəsarətlərdən dünyasını dəyişib.

Mərhumun meyiti Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon morquna aparılıb.

Faktla bağlı araşdırma başlanılıb.
OXŞAR XƏBƏRLƏR