Bərdədə oğlan və qız evi arasında dava düşdü

Bərdədə oğlan və qız evi arasında dava düşdü
Bütün Xəbərlər
17:43 09.09.2015
2637
Kütləvi davada 20-ə yaxın gənc iştirak edib.
Bərdə rayonunda toyda qız və oğlan evi arasında dava düşüb.
AZXEBER.COM Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən "Nəşricahan" şadlıq sarayında rayonun Gərənə kənd sakini Müşfiq Allahverdi oğlu Məmmədovun toy mərasimində qeydə alınıb.
İlkin məlumatlara görə, hadisə toyda oynamaq üçün musiqi sifarişi üstündə baş verib. Qız və oğlan evi arasında baş verən davada gənclər bir-birinə xəsarət yetiriblər. Təxminən 20-ə yaxın gəncin iştirak etdiyi kütləvi davada 6 nəfər müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, dava səbəbindən Müşviq və Arzunun toyu yarımçıq dayandırlaraq vaxtından əvvəl başa catıb.
OXŞAR XƏBƏRLƏR