Bərdə rayonunda dəhşətli qətl hadisəsi törədilib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Xanxanımlı kəndində kənd sakini, 1984-cü il təvəllüdlü Nəcəfov Elməddin Nizami oğlu həmkəndlisi, 1985-ci ildə anadan olmuş Cabbarov Zamiq Bayram oğlunu qətlə yetirib.Məlumata görə, həmkəndlilər mübahisə ediblər və 27 yaşlı E.Nəcəfov çomaqla Zamiqin başına zərbə endirib. İkinci xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.