Berluskoni mühakimə olunacaq

Bütün Xəbərlər
17:35 15.02.2011
1935

Hakim Kristian De Censo, Berluskoninin 17 yaşlı bir qızla cinsi əlaqəyə girməkdə və bunu örtbas etməkdə ittiham olunduğunu deyib. O, baş nazirin mühakimə olunacağını açıqlayıb.

74 yaşlı Berluskoni ləqəbi Ruby olan 17 yaşlı bir qızla cinsi əlaqədə olmaq üçün pul verib, daha sonra 4 min 103 dollar oğurladığı şübhəsiylə həbs olunan qızı vəzifəsindən sui istifadə edərək həbsdən qurtarıb. Bu haqda prokurorluq məlumat yayıb. Təsdiqlənən iddiaların sonunda Berluskonin mühakimə olunacağı bildirilir.

Berluskoni və Ruby cinsi əlaqədə olmaları ilə bağlı iddiaları rədd etsələr də, Ruby ilk görüşlərində Berluskoninin ona 9 min 550 dollar pul verdiyini qəbul edib.

OXŞAR XƏBƏRLƏR