Berluskoninin “hərəmxana”sında daha bir fahişə– VİDEO-FOTO

Berluskoninin “hərəmxana”sında daha bir fahişə– VİDEO-FOTO
Bütün Xəbərlər
16:16 28.01.2011
2545

Söhbət indi 19 yaşı olan İris Berardidən gedir. Prokurorluğun məlumatına görə, Silvio Berluskoni ilə görüşəndə onun 18 yaşı tamam deyilmiş. İris Berardi 2009-cu ilin noyabrında hökumət başçısının Sardiniyadakı yay villasına, bir ay sonra isə Milan yaxınlığındakı mülkünə gedib. Həmin vaxt gözəllik müsabiqəsinin qalibi olmaq üçün qızın 17 yaşının tamam olması kifayət idi. İtaliyada fahişəlik qadağan edilməsə də, bu işlə məşğul olmaq üçün qadının azı 18 yaşı olmalıdır.

Müstəntiqlər İris Berardinin gündəliyində Slivio Berluskoni ilə görüşləri barədə qeydlər tapıblar. Həmin qeydlərdə sekslə bağlı birbaşa işarələr olmasa da, 2010-cu ildə görüşlərdən birində ona 2000 avro ödənildiyi yazılıb.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

{jcomments off}

OXŞAR XƏBƏRLƏR