Berti Foqts: Dostum Böyükağa çox şən adamdır - MÜSAHİBƏ

Berti Foqts: Dostum Böyükağa çox şən adamdır - MÜSAHİBƏ
İDMAN
10:50 08.12.2012
1454
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Azerisport.az saytına müsahibəsində “Neftçi”nin Avroliqada İtaliya “İnter”i ilə oyunundan, millinin seleksiya xarakterli toplanışından danışıb, eləcə də Böyükağa Hacıyevin onu duelə çağırmasına münasibət bildirib. - “Neftçi”nin “İnter”lə heç-heçəsi barədə nə deyə bilərsiz? - İtalyanların heyətində kimlərin oynamasından asılı olmayaraq “Neftçi”nin qazandığı nəticə çox yaxşıdı. Bu heç-heçəyə çox sevindim. Dostum Böyükağa Hacıyevi təbrik edirəm. - “Neftçi”nin bütövlükdə qrup mərhələsindəki çıxışını necə qiymətləndirirsiz? - Mən bakılıların iki ev oyununu da izləmişdim. Komandanın nəticələrinin yaxşı olduğunu düşünürəm. Yaxşı oyunlar sərgilədilər. Digər tərəfdən “Neftçi” unutmamalıdı ki, AFFA və Premyer Liqa klubları onlara çox güzəştə getdi. Onların bəzi oyunlarının təxirə salınmasını nəzərdə tuturam. Hətta demək olar ki, bu yolda, az qala, hamı onlara kömək etməyə çalışırdı. Bunun sayəsində Avropada Azərbaycanın klub futbolunun heç də zəif olmadığını bildilər. - “Xəzər Lənkəran”la “Bakı” arasındakı oyunu da izləmişdiniz... - Maraqlı oyun oldu, komandalar xeyli qol vəziyyətləri yaratdılar. Fikrimcə, qonaqlar qələbə qazanmağa daha çox yaxın idilər. Amma heç-heçəni də ədalətli nəticə sayıram. - Bir neçə gün öncə “Neftçi”nin baş məşqçisi sizin çalışdırdığınız yığmayla yoxlama oyunu keçirmək təklifi ilə çıxış etdi. Bunu necə qarşıladınız? - O, çox şən inşandı. - Bu, sizin ona cavabınızdı? - Mən onun bu sözünü çox əyləncəli və gülməli hesab edirəm. Başqa heç nə deyə bilmərəm. Almaniyada adətən karnavallar zamanı belə sözlər deyirlər ki, insanların əhval-ruhiyyəsi qalxsın. - Sözlərinizdən belə başa düşürük ki, yığmanın “Neftçi” ilə oyun keçirməsini istəmirsiniz... - Mən bunu şərh etmək istəmirəm. Çünki çox gülməli ideyadı. - Yığmanın seleksiya xarakterli son toplanışından yeni futbolçular tapa bildiniz? - 3-4 futbolçu özünü yaxşı tərəfdən göstərə bildi. Onları bir daha sınaqdan keçirəcəyəm. Həmin futbolçular gələn il bizimlə birgə Dubaya aparılacaqlar. Orda hazırlıqlarımız daha ağır olur. Onlar orda özlərini göstərməlidilər. - O, xoşbəxtlər hansılar olacaqlar? - Bunu üç həftədən sonra biləcəksiz. - Nə vaxta kimi Azərbaycandasız? - Toplanışdan sonra mən burda qalmağa, Premyer Liqanın oyunlarına baxmağa qərar verdim. Dekabrın 9-da gedəcəm.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
00:16 19.04.2026
""Sabah" layiqli qələbə qazandı" - Qurban Qurbanov
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
23:50 18.04.2026
Corca Meloninin Azərbaycana səfər edəcəyi gözlənilir
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir