Beş nəfərin həyatını itirdiyi qəza ilə bağlı RƏSMİ MƏLUMAT

Beş nəfərin həyatını itirdiyi qəza ilə bağlı RƏSMİ MƏLUMAT
SOSİAL
09:39 09.09.2026
59
Zərdab–Ağcabədi avtomobil yolunda minik avtomobili ilə traktorun toqquşması nəticəsində 5 nəfərin həyatını itirməsi, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi yollarda təhlükəsizlik tələblərinə ciddi əməl olunmasının həyati əhəmiyyətini bir daha önə çıxarır.
 
AZXEBER.COM xəbər verir ki, bu Baş Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciətində qeyd olunub.

BDYPİ kənd təsərrüfatı texnikalarını, o cümlədən traktor və qoşqulu nəqliyyat vasitələrini idarə edən şəxslərin diqqətinə çatdırıb ki, yol hərəkəti qaydalarına ciddi riayət edilməli, texnikanın sazlığı mütəmadi yoxlanılmalı, işıq cihazlarından və işıqəks etdirən tanınma vasitələrindən düzgün istifadə olunmalı, hərəkət zamanı bütün təhlükəsizlik tədbirləri təmin edilməlidir:

"Eyni zamanda, digər nəqliyyat vasitələrinin sürücüləri sürəti yol və hərəkət şəraitinə uyğun seçməli, təhlükəsiz ara məsafəsi saxlamalı, qarşıdakı yol sahəsini daim nəzarətdə saxlamalı və riskli manevrlərdən çəkinməlidirlər.

Unutmaq olmaz ki, bir anlıq diqqətsizlik və təhlükəsizlik tələblərinə etinasız münasibət ağır, geri dönüşü olmayan nəticələrə səbəb ola bilər. Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını qaydalara ciddi riayət etməyə, diqqətli və məsuliyyətli olmağa çağırır”.
OXŞAR XƏBƏRLƏR