'Beşbarmaq' pirində sərnişin avtobusu aşdı

Bütün Xəbərlər
14:15 02.07.2012
1620
21 nəfər sərnişin xilas edilərək Bakıya yola salınıb.Siyəzən rayonu, Zarat kəndi ərazisində (rayon mərkəzindən 22 km aralı) “Xıdır Zində” ziyarətgahı (“Beşbarmaq” piri) adlanan dağlıq ərazidə sərnişin avtobusu aşıb. 

AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, FHN-nin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, “Daewoo” markalı sərnişin avtobusu yağışlı hava şəraitində sürüşərək yoldan çıxıb. Nəticədə içərisində 21 nəfər sərnişin köməksiz vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Nazirliyin yanğın-xilasediciləri təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi texnika vasitəsilə vətəndaşları dağdan endiriblər. Onlar Bakı şəhərinə yola salınıb.

OXŞAR XƏBƏRLƏR