Beşdən çox uşağı olanların müavinəti 70 manata qalxdı

Beşdən çox uşağı olanların müavinəti 70 manata qalxdı
SOSİAL
10:36 20.12.2021
374
Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləği hər uşaq üçün 55 manatdan 70 manata qaldırılıb.

AZXEBER.COM xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" Fərman imzalayıb.

Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
OXŞAR XƏBƏRLƏR