Bu dəqiqələrdə Ağcəbədidə bir nəfər intihara cəhd edir.
Hadisə şahidlərinin verdiyi məlumata görə, Kənan Bağırov adlı bir şəxs Üzeyir Hacıbəyov küçəsində yerləşən beşmərtəbəli binaya qalxaraq özünü atmaq istəyir. Onun 30-35 yaşlarında olduğu bildirilir. K.Bağırovun hansı səbəbdən intihara cəhd etməsi hələki bilinmir.
Hazırda hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və Ağcəbədi Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub
///AzNews.az