Bəsti Sevdiyeva solo-konsert verəcək

Bəsti Sevdiyeva solo-konsert verəcək
MƏDƏNİYYƏT
12:10 27.03.2012
2756

Aprelin 9-u Beynəlxalq Muğam Mərkəzdində Respublikanın əməkdar artisti, tanınmış muğam ifaçısı Bəsti Sevdiyevanın solo-konserti baş tutacaq.

 Konsert öncəsi öz təəssüratlarını AZXEBER.COM-la bölüşən əməkdar artist bildirib ki, solo-konsert Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçiriləcək: “Həyata keçirilən solo-konsertim hesabat xarakterli olacaq. Düşünürəm ki, keçirilən konsertlərin hesabat xarakteri daşıması tamaşıçıların böyük marağına səbəb olacaq. İstəyirəm ki, konsert möhtəşəm keçsin. Konsertin uğurlu alınması üçün hazırda gərgin məşqlərimiz davam edir. İnanıram ki, hər şey yüksək səviyyədə olacaq. Çalışıram ki, muğam və xalq mahnılarımızı yüksək səviyyədə dinləyicilərə çatdırım. Allah mənə nə qədər ömür veribsə, mən də xalq müsiqisini bir o qədər yaşadacağama çalışacağam”.

Bəs bu dəfəki konsertinizin, bu günə qədər həyata keçirtdiyiniz konsertlərdən fərqi nə olacaqdır?” sualına cavab verərkən isə o, bunları bildirib:

“2006-cı ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında solo konsertlə çıxış etdiyim zaman, “Ras” muğamını ifa etmişdim. Həmin konsertin əks-sədası hələ də qulaqlardadır. Yeri gəlmişkən söyləyim ki, “Ras” muğamını ifa edən müasir qadın sənətçiləri arasında ilkəm. Beynəlxalq Muğam Mərkəzində keçiriləcək konsert zamanı isə, əsas 7 muğamlardan biri olan və eyni zaman da qadınlar arasında çox az ifa olunan “Hümayun” muğamını ifa edəcəyəm. Bundan başqa xalq mahnıları, bir sıra təsniflər və görkəmli bəstəkarların xalq üslubunda yazdıqları əsərlərini səsləndirəcəyəm. Ümumiyyətlə ilk dəfə olaraq beynəlxalq Muğam Mərkəzində solo-konsertim baş tutacaq. Beynəlxalq Muğam Mərkəzini biz sənətçilərin xidmətinə verdiyi üçün Azərbaycanın birinci xanımı, H. Əliyev fondunun prezidenti Mehriban Əliyevaya öz təşəkkürümü bildirirəm. Bir sənətçi kimi, onun bu sahəyə göstərdiyi diqqət və qayğını, apardığı siyasəti yüksək qiymətləndirəm”.

Respublikanın əməkdar artisti Bəsti Sevdiyevanı konsert zamanı Azərbaycan Televiziya və Radiyosunun Baba Salahov adına Xalq alətləri ansamblı müşaiyət edəcək. Qeyd edək ki, ansamblın bədii-rəhəbri Ağasəlim Abdullayevdir.

Konsertdə onun sənət yoldaşları, dinləyiciləri və bir sıra dövlət və qeyri hökümət təşkilatlarının nümayəndələri iştirak edəcək.

Sonda məlumat üçün bildirək ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində muğam kafedrasının baş müəllimi olan Bəsti Sevdiyeva bu sahədə bir sıra tələbələrin yetişməsi üçün əlindən gələni edir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
18:33 04.06.2026
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
18:27 04.06.2026
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
18:08 04.06.2026
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
17:48 04.06.2026
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
17:43 04.06.2026
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı