Bəxtiyar Hacıyev 14 saylı cəzaçəkmə müəssisəsinə geri aparılıb
Bütün Xəbərlər
12:51 06.12.2011
1344
Dünən (5 dekabr) səhər saatlarında Bəxtiyar Hacıyev dekabr ayının 3-də müvəqqəti olaraq köçürüldüyü Penitensiar Xidmət Mərkəzi Müalicə Müəssisəsindən geriyə, saxlandığı 14 saylı cəzaçəkmə müəssisəsinə aparılıb. 14 saylı cəzaçəkmə müəssisəsinə dərhal geri aparılmasının səbəbləri haqqında nə Bəxtiyar Hacıyevə, nə də Mərkəzi Müalicə Müəssisəsi ilə əlaqə saxlayan ailə üzvlərinə heç bir məlumat verilməyib.14 saylı cəzaçəkmə müəssisəsində olması barədə ailə üzvlərinə telefonla məlumat verən Bəxtiyar Hacıyev müalicə müəssisəsindən cəzaçəkmə müəssisəsinə çatana qədər, hara aparılması və hansı səbəblə aparılması barədə ona heç bir məlumatın verilmədiyini bildirib.Sabah isə Ali Məhkəmə hakim İmran Hacıqayıbovun sədrliyi ilə saat 12.20-də keçiriləcək iclasda Bəxtiyar Hacıyevin şikayətinə baxılmalıdır. Bəxtiyar Hacıyevin məhkəmədə iştirakının təmin edilib-edilməyəcəyi isə sual altındadır.