Bəxtiyar Hacıyevdən xəbər var

Bəxtiyar Hacıyevdən xəbər var
Bütün Xəbərlər
17:13 03.12.2011
1884
Bu gün gənc fəal, keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyev saxlandığı 14 saylı cəzaçəkmə müəssisəsindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Mərkəzi Müalicə müəssisəsinə köçürüləcək.Deyerler.Org-a daxil olan məluamata görə, Gənc fəalın saxlandığı 14 saylı cəzaçəkmə müəssisəsindən bildirdiklərinə görə, bu köçürülmə Bəxtiyar Hacıyevin səhhəti ilə əlaqədar deyil və müvəqqəti xarakter daşıyır. Gənc fəalın ailə üzvlərinin verdiyi məluamata görə isə köçürülmə Bəxtiyar Hacıyevin deyil, cəzaçəkmə müəssisəsi rəhbərliyinin təşəbbüsü ilə edilir. Səbəb olaraq, bu günlərdə Avropa Şurası İşgəncələr Əleyhinə Komitəsindən ölkəmizə gələcək nümayəndə heyətinin Bəxtiyar Hacıyevlə görüşmə tələblərinin təmin edilməsidir. Cəzaçəkmə Müəssisəsində hal-hazırda davam edən təmir işləri ilə əlaqədar belə görüş üçün uyğun şərait olmadığından rəhbərliyin təşəbbüsü ilə Hacıyev bir müddət Penitensiar Xidmət Müalicə Mərkəzində qalacaq.Dekabrın 6-da gənc fəalın işi üzrə Ali Məhkəmənin iclası keçiriləcək. Hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçiriləcək iclasda Bəxtiyar Hacıyevin iştirakının təmin edilib-edilməyəcəyi isə sual altındadır.Xatırladaq ki, gənc fəal, ABŞ-ın Harvard universiteti məzunu , 2010-cu il parlament seçkilərində deputatlığa namizəd olmuş Bəxtiyar Hacıyev bu il martın 4-də Gəncədə həbs edilib. May ayında Gəncə şəhər Nizami rayon məhkəməsi cinayət məcəlləsinin 321.1 (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə təqsirli bilərək, gənc fəalı iki il azadlıqdan məhrum edib. Gəncə şəhər Apelyasiya məhkəməsinin hökmü qüvvədə saxlayan qərarından sonra Qaradağ rayon Qızıldaş qəsəbəsində yerləşən 14 saylı cəzaçəkmə müəssisəsində köçürülən Hacıyev 9 aydır ki, orada saxlanır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
16:05 25.05.2025
Azərbaycan XİN Afrika Günü ilə bağlı paylaşım edib
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
15:41 25.05.2025
İlbər Ortaylı Qərbi Azərbaycana qayıdış konfransından yazdı: "Tənzilə Rüstəmxanlının çıxışı hamımızı duyğulandırdı"
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
15:29 25.05.2025
Lavrov Fidanla Moskva-Kiyev danışıqları ətrafında vəziyyəti müzakirə edəcək
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
15:15 25.05.2025
Hindistan sahillərində təhlükəli yük daşıyan konteyner gəmisi batıb - VİDEO
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
14:54 25.05.2025
Yollarda görünüş məsafəsi 500 metrədək məhdudlaşacaq
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
14:33 25.05.2025
Xankəndi şəhərində 51 abituriyent üçün ilk dəfə qəbul imtahanı keçirildi
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
14:21 25.05.2025
Ukraynalı nazir: Azərbaycanın investisiyalarını dəstəkləməyə hazırıq
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
14:01 25.05.2025
DİM: 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkarlanıb
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
13:49 25.05.2025
Andrey Sibiqa: Ukrayna bu il Rusiya ilə münaqişəyə son qoymaqda maraqlıdır
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
13:45 25.05.2025
Azərbaycan Ukraynanın Bərpası Konfransında iştirak edəcək
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
13:36 25.05.2025
Ceyhun Bayramov: Azərbaycan Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir
Zelenski Prezident İlham Əliyevi təbrik edib
13:20 25.05.2025
Zelenski Prezident İlham Əliyevi təbrik edib
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb
13:17 25.05.2025
Azərbaycan və Ukraynanın xarici işlər nazirlərinin geniş tərkibdə görüşü başlayıb
Pəncərə kənarında əyləşməyə görə əlavə pul? - AZAL-dan açıqlama
12:56 25.05.2025
Pəncərə kənarında əyləşməyə görə əlavə pul? - AZAL-dan açıqlama
"Azərbaycan bundan sonra da Ukraynaya humanitar yardımını davam etdirəcək"
12:51 25.05.2025
"Azərbaycan bundan sonra da Ukraynaya humanitar yardımını davam etdirəcək"
Sabah hava necə olacaq?
12:44 25.05.2025
Sabah hava necə olacaq?