Bəy öz toyunda iştirak edə bilmədi - TOYDAN FOTOLAR

MARAQLI
09:12 23.10.2012
4908
Türkiyədə maraqlı toy mərasimi baş tutub.
Hakkaridə çavuş olaraq vəzifəsini icar edən bəy Nebi Eraslan yol təhlükəsizliyi ilə bağlı toyuna gəlib çata bilmədiyi üçün mərasim bəysiz keçirilib.
Toyda tək iştirak etmək məcburiyyətində qalan gəlin Fidan Eraslan isə həyat yodaşını çox sevdiyini və onunla fəxr etdiyini deyib: “Həyat yoldaşım toyumuza gələ bilmədi. Kədərlənmirəm. Çox xoşbəxtəm. Həyat yoldaşımla qürur duyuram. Bizi bu hala gətirənlərə haqqımı halal etmirəm. Onun sayəsində rahat və təhlükəsizlikdə yaşayırıq. Onu çox sevirəm. Vətən sağ olsun”.
OXŞAR XƏBƏRLƏR