Beyləqanda hərbi maşın aşdı, 7 hərbçi yaralandı

Beyləqanda hərbi maşın aşdı, 7 hərbçi yaralandı
Bütün Xəbərlər
18:06 10.09.2011
1580
Azərbaycanın Beyləqan rayonunda hərbçiləri daşıyan maşın aşıb. Bu barədə APA-ya Beyləqan rayon Polis Şöbəsindən bildirilib. Hadisə bu gün saat 13.00 radələrində Horadiz-Bakı yolunda qeydə alınıb. Əsgərləri daşıyan “UAZ” markalı maşın yoldan çıxaraq aşıb. Nəticədə 7 nəfər hərbçi xəsarət alıb. Yaralıların xəsarətinin ağır olmadığı bildirilir.
OXŞAR XƏBƏRLƏR