Beyləqanda qonşusu 53 yaşlı qadının boğazını kəsdi

Beyləqanda qonşusu 53 yaşlı qadının boğazını kəsdi
Bütün Xəbərlər
15:04 13.01.2015
814
Cinayət işi qaldırılıb.
Bu gün səhər Beyləqan rayonunda dəhşətli qətl hadisəsi törədilib.
Cinayətin qurbanı SMD-4 qəsəbəsində yerləşən 1 saylı yataqxanada yaşayan 1962-ci il təvəllüdlü Malikə Hüseynova olub.
AZXEBER.COM xəbər verir ki, bu barədə Vesti.Az-a Beyləqan rayon Polis İdarəsindən bildiriblər. Qatil Hüseynovanın boğazını kəsib.
Öldürülənin boğazında ikisi dərinə işləyən üç bıçaq yarası aşkarlanıb.
Polisin keçirdiyi əməliyyat nəticəsində məlum olub ki, qadını Tural Bəhmənov adlı qonşusu öldürüb. Hazırda cinayətin motivi araşdırılır.
Qətl hadisəsi ilə bağlı cinayət işi qaldırılıb.
OXŞAR XƏBƏRLƏR