Beyləqanın su şəbəkəsi yenidən qurulacaq

Beyləqanın su şəbəkəsi yenidən qurulacaq
Bütün Xəbərlər
15:46 14.07.2014
662
Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində Beyləqan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlər davam etdirilir.
Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə, “Beyləqan şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsi” çərçivəsində rayon mərkəzinin su və kanalizasiya şəbəkəsi tamamilə yenidən qurulacaq, şəhərin yaxınlığındakı Aşıqlı, Şəfəq və Əlinəzərli kəndlərinə içməli su veriləcək. Layihə 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Beyləqan şəhərində 20 mindən artıq insanın su təchizatının əsaslı şəkildə yaxşılaşdırılmasını, eyni zamanda rayon mərkəzində yeni kanalizasiya sisteminin yaradılmasını nəzərdə tutur.
İcrasına 2012-ci ilin oktyabrında başlanılan layihə üzrə işlərin böyük hissəsi yerinə yetirilib. Belə ki, Beyləqan şəhərini içməli su ilə təmin etmək üçün Əlinəzərli kəndi yaxınlığında 5 ədəd subartezian quyusu qazılmış və buradan şəhərə qədər 8,6 km uzunluğunda magistral su xətti çəkilib. Quyu ərazisində hər birinin tutumu 500 kubmetr olan 2 ədəd su anbarının, xlorator binası və nasos stansiyasının tikintisi isə davam etdirilir.
//qafqazinfo
OXŞAR XƏBƏRLƏR