Beynəlxalq Bank kartların verilməsini sürətləndirdi

İQTİSADİYYAT
11:26 19.04.2012
1727

Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən yeni pensiya kartlarının verilməsi prosesi yüksək səviyyədə təşkil olunub. Bu barədə AZXEBER.COM-a bankın mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan pensiyaçılara qəsəbədəki Mədəniyyət Evində, Zabratda bələdiyyənin binasında, Sabunçuda "Azərenerji" ASC-nin Mədəniyyət Evində, Bakıxanov qəsəbəsində isə bank tərəfindən icarə olunan binada verilir.

Ümumilikdə, Sabunçu filialı tərəfindən 9 minə yaxın yeni kart veriləcək. Bu proses gücləndirilmiş rejimdə həyata keçirilir və yaxın bir neçə gün ərzində başa çatacaq.

ABB-nin Sumqayıt filialı kartların verilməsi ilə bağlı gücə-gündüz rejimində işləyir.

Bankın digər filiallarında da yeni pensiya kartlarının verilməsi gücləndirilmiş rejimdə həyata keçirilir.

OXŞAR XƏBƏRLƏR