Beynəlxalq film festivalı başlayır

MƏDƏNİYYƏT
16:11 09.02.2012
2255
Almaniyanın paytaxtında 62-ci beynəlxalq Berlin film festivalı öz işinə başlayır. Fevralın 19-dək davam edəcək "Berlinale" festivalı dünya kino sənayesində böyük mədəni hadisədir. Kann və Venesiya kinofestivalları ilə yanaşı, Berlin film festivalı da kino dünyasında ən böyük və mötəbər festivallardan hesab edilir. "Berlinale"də, adətən, 400-ə yaxın filmin, əsasən də beynəlxalq və Avropa filmlərinin premyerası baş tutur. "Berlinale Palast" adlı sarayda keçirilən festivala 300 minə yaxın bilet satılır.Qeyd edək ki, Berlin film festivalının əsasını ikinci dünya müharibəsində müttəfiq olan ABŞ, Böyük Britaniya və Fransa qoyub. İlk festival 1951-ci il iyunun 6-dan 18-ə kimi keçirilib. "Berlinale"də müəllif filmləri üstünlük təşkil edir. Festivalın müsabiqə proqramında festivalın başlamasından əvvəlki 12 ay ərzində istehsal edilmiş və heç bir festivalda nümayiş edilməmiş bədii tammetrajlı və qısametrajlı filmlər iştirak edir.Festivalın əsas mükafatı "Qızıl Ayı"dır. Ayı Berlin şəhərinin simvoludur. Bu mükafata festival çərçivəsində əsas müsabiqənin ən yaxşı filmi, 2007-ci ildən isə həmçinin ən yaxşı qısametrajlı filmi layiq görülür. "Gümüş Ayı" mükafatını isə münsiflər heyətinin qran-pri nominasiyalarının qalibləri alır. Onlar "ən yaxşı rejissor", "ən yaxşı aktyor", "ən yaxşı aktrisa", "ən yaxşı ssenari" nominasiyalarında verilir."Berlinale" kinofestivalında həmçinin "Alfred Bauer mükafatı" da var ki, bu da "kino incəsənətində yeni yolun açılmasında" seçilən filmlərə verilir. 1987-ci ildən etibarən festival çərçivəsində "cinsi azlıqlar haqqında ən yaxşı filmə" və tamaşaçı rəğbətinə görə "Teddi" adlı xüsusi mükafat da təqdim edilir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq