xari

Beynəlxalq Könüllülər Günü münasibətilə konfrans keçirilib - Fotolar

GƏNCLİK
14:11 05.12.2020
290
AFFA könüllülərinin iştirakı ilə 5 dekabr Beynəlxalq Könüllülər Gününə həsr olunmuş onlayn konfrans keçirilib. Əvvəlcə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
 
AZXEBER.COM xəbər verir ki, konfransda il ərzində xüsusi fəallığı ilə seçilən 339 ən aktiv könüllü iştirak edib. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov çıxışına konfrans iştirakçılarını Vətən müharibəsindəki qələbə münasibətilə təbriklə başlayıb. Eyni zamanda, 5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibətlə konfrans iştirakçılarını təbrik edən E.Məmmədov AFFA könüllülülərinin 11 illik fəaliyyətini yüksək dəyərləndirib. Qarşıda gözlənilən böyük tədbirləri, könüllülərin işinin hər zaman AFFA-nın diqqətində olduğunu konfrans iştirakçılarının nəzərinə çatdırıb.
 
Daha sonra Avro-2020 könüllülərinin səfiri aktyor və videobloqqer Taleh Yüzbəyov çıxış edərək könüllüləri 5 dekabr Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edib.

Qeyd edək ki, qarşıdakı günlərdə il ərzində aktiv könüllülərə könüllülər günü ilə əlaqədar sertifikatlar təqdim olunacaq.
 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR