Beynəlxalq Sosial Media Dərnəyi yaradıldı

Beynəlxalq Sosial Media Dərnəyi yaradıldı
MEDİA
15:56 01.11.2012
1367

İstanbulda Beynəlxalq Sosial Media Dərnəyi (BSMD) qurulub. Dərnəyin qurulmasında məqsəd sosial medianın həyata təsirini izləmək, sosial mediadan kollektiv və azad şəkildə istifadə edə bilməkdir.

BSMD sosial mediada elektron ticarət eksperti, redaktor, dizayner kimi fərqli peşələrdən olan gənc yaradıcıları bir yerə yığıb. 

Müstəqil işçi qruplar təşkil edəcək BSMD universitetlərdə, müxtəlif qurumlarda həmin işçi qruplarla birlikdə sosial media sahəsində maarifləndirmə səviyyəsi yaratrmaöı hədəfləyir. 

BSMD yeni inkişaf edən və yaradılan sosial media sahəsində hüquq və azadlıqlarla bağlı konstitusion hüquqlar qazanmaqla bağlı hesabatlar hazırlayıb, ictimaiyyətə təqdim edəcək. 

BSMD bir ilkə imza ataraq Beynəlxalq soail media sahəsində rəsmi bir qurum yaradıb.Qurumun rəsmi internet saytı usmed.org.tr tezliklə 4 dildə fəaliyyət göstərməyə başlayacaq. BSMD-ın daha bir hədəfi isə bir neçə ölkədə nümayəndəliyini yaratmaqdır. Bu məqsədlə ilk olaraq Azərbaycan, Misir, İtaliya, Kanada, Almaniya, Rusiya, İngiltərə, Fransa kimi ölkələrdə nümayəndəliklər hazırlanır.

Qurumun baş katibi Salih Çaktı bildirib ki, BSMD Türkiyədən başlayaraq bütün dünyada sosial media xidmətlərinin texniki baxımdan dəstəklənməsi və inkişafına yardım etməyi hədəfləyir. bu məqsədlə sosial mediaya maraq göstərən, bu sahədə çalışmaq istəyənləri BSMD-ı dəvət edir.Qurum haqqında ətraflı məlumatı www.usmed.org.tr saytından əldə etmək olar.

OXŞAR XƏBƏRLƏR