xari

Beynəlxalq Türk Akademiyasının prezidenti İlham Əliyevi təbrik etdi

SİYASƏT
20:08 02.12.2020
351

Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə qələbə münasibətilə təbrik məktubu ünvanlayıb.

AZXEBER.COM xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri möhtərəm cənab Prezident.

İcazə verin, bir daha Sizi Böyük Qələbə münasibətilə Beynəlxalq Türk Akademiyasının rəhbərliyi adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edim.

Qırx dörd gün davam edən Vətən müharibəsi Sizin misilsiz şücaətiniz, iradə və qətiyyətiniz, qardaş Azərbaycan xalqının və rəşadətli Azərbaycan Ordusunun nəyin bahasına olursa-olsun qalibiyyətə köklənməsi illərdir davam edən ikili standartlara, ədalətsizliyə və haqsızlığa son qoydu. Bu böyük zəfər həm dünyanın hərb, həm də diplomatiya tarixində Azərbaycanın təkrarsız qalibiyyət nümunəsini yaratdı, Sizin yorulmaz əməyinizin, illər boyu böyük ustalıqla formalaşdırdığınız xarici siyasət və diplomatiyanın, sarsılmaz daxili harmoniyanın, Azərbaycan xalqının birlik və bərabərliyinin rəmzi oldu.

Müharibənin ilk günlərindən etibarən Beynəlxalq Türk Akademiyası açıq mövqeyini ortaya qoydu, ədalətli müharibədə qardaş Azərbaycanın yanında olduğunu və mülki yaşayış məntəqələrinə Ermənistanın xain raket hücumunu kəskin pislədiyini bəyan etdi.

Bununla yanaşı, Akademiya əyani dəstəyini göstərməyə çalışaraq, xeyli müddətdir üzərində işlədiyi "Qarabağ – Azərbaycanın cövhəri: tarixi, mədəniyyəti, təbiəti” kitab-fotoalbomunu Şuşa şəhərinin işğaldan azad edilməsi münasibətilə 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı səfirliyinin dəstəyi ilə qazax dilində çap etdi. Azərbaycanın uzun illər işğal altında qalan ərazilərindəki tarixi abidələri, bu bölgənin mədəniyyəti, şəxsiyyətləri, təbiəti, eyni zamanda, işğala dair faktlar, sənədlərin toplandığı nəfis tərtibatlı kitab-albom bir beynəlxalq təşkilat tərəfindən hazırlanan ilk belə nəşr oldu.

Beynəlxalq Türk Akademiyası bu il UNESCO-nun Parisdəki mənzil-qərargahında keçirməyi planlaşdırdığı, lakin pandemiya səbəbindən təxirə saldığı tədbirləri - Əbdürrəhim bəy Haqverdiyevin 150, Üzeyir Hacıbəylinin 135 illik yubileylərini onların dünyaya göz açdıqları şəhərdə - doğma Şuşada 2021-ci ilin uyğun tarixlərində böyük beynəlxalq tədbirlə qeyd etməyi qərara almışdır. Planlaşdırılan tədbirlərin işğaldan azad edilən, türk dünyası üçün böyük mənəvi dəyərə sahib olan Şuşa şəhərində reallaşdırılmasını istərdik.

Möhtərəm cənab Prezident, bir daha Sizi, qardaş Azərbaycan xalqını tarixi Zəfər münasibətilə təbrik edir, Zati-alinizə dərin ehtiramımı çatdırıram".

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:43 26.01.2021

Ceyhun Bayramovla Çavuşoğlu Türkiyə gəmisinə hücumu müzakirə etdilər

16:31 26.01.2021

Tağı Əhmədov xəstəxanaya yerləşdirildi

16:31 26.01.2021

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı

15:55 26.01.2021

Ramin Quluzadə Prezidentin İşlər müdiri təyin edildi

15:53 26.01.2021

Oqtay Şahbazov Prezidentin İşlər müdiri vəzifəsindən azad edildi - SƏRƏNCAM

15:51 26.01.2021

Bakıda COVID-19-a yoluxma göstəricisi açıqlandı

15:49 26.01.2021

Ermənistan Avropa İttifaqının imtina etdiyi “AstraZeneca” vaksinini alır

15:45 26.01.2021

Məşhur aktrisa: “Prezidentin bizimlə bağlı sərəncamını canlı efirdə öyrəndim” - FOTOLAR

15:35 26.01.2021

Bakıda oğlan özünü hündürmərtəbəli binadan atdı - FOTO/VİDEO

15:19 26.01.2021

Xırdalanda dağıntılar altında qalan azyaşlının meyiti tapıldı - VİDEO

15:07 26.01.2021

Rəşad Nəbiyev: “Nazirlikdə qısa zamanda korporativləşmələr vacibdir”

15:00 26.01.2021

Dövlət başçısı: “Azad edilmiş ərazilərdə “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası işlənməlidir”

14:59 26.01.2021

İlham Əliyev: "Texnoloji inkişafda kim qabağa gedibsə, o da udacaq"

14:48 26.01.2021

Prezident Ramin Quluzadənin fəaliyyətini qiymətləndirdi

14:47 26.01.2021

İlham Əliyev Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibini qəbul edib

14:28 26.01.2021

"Biz elə bir şərait yaratmalıyıq ki, istedadlı gənclərimiz Azərbaycanda fəaliyyət göstərsinlər"