Hava ilə bağlı xəbərdarlıq - leysan olacaq, dolu düşəcək

Hava ilə bağlı xəbərdarlıq - leysan olacaq, dolu düşəcək
SOSİAL
17:18 13.07.2026
310
İyulun 14-dən həftənin sonunadək Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin qeyri-sabit, fasilələrlə yağıntılı olacağı gözlənilir.

Bu barədə AZXEBER.COM-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların lokal leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bəzi dağ çaylarında sululuğun artacağı ehtimal olunur.
OXŞAR XƏBƏRLƏR