Bakıda xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.
Hadisə Binəqədi rayonunun Biləcəri qəsəbəsində qeydə alınıb.
2007-ci il təvəllüdlü Rəhimli Fərid Üzeyir oğlu qəsəbənin "Dəmiryol park” deyilən ərazisində tanımadığı şəxs tərəfindən beşbarmaqla döyülüb.
Yaralı xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.
///Report