Avqustun 14-də bir qrup maarifçi gənclərin səyləri nəticəsində ərsəyə gələn "Gələcəyi kodlaşdır” (Code for Future)təşəbbüsünün ilk layihəsinə start verildi.
AZXEBER.COM xəbər verir ki, ilk olaraq Biləsuvar rayonu
ərazisində məcburiköçkünlərüçün salınmışqəsəbələrdə yaşayan
VII-IX sinif şagirdlərinin iştirak etdiyi layihədə məktəblilərə kodlaşdırmanın
əsaslarını öyrənəcək, Scratch, HTML və Paython kimi proqramlaşdırma dilləri ilə
yaxından tanış olacaqlar.
Ölkənin qabaqcıl tədris müəssisələrindən olan "Code Academy”nin dəstəyi ilə başladılan layihədə 6-15 sentyabr 2018-ci il tarixlərində əksəriyyəti qızlar olan seçilmiş 45 köçkün uşaqları üçün 10 günlük sürətləndirilmiş tədris düşərgəsinin (bootcamp) keçirilməsi planlaşdırılır.
"Code
Academy”nin təcrübəli müəllimləriylə yerli İKT müəllimlərini bir araya gətirən
layihənin hədəflərindən biri də köçkün məktəblərinin bu sahədə tədris
potensialının gücləndirilməsidir.
Layihədə iştirak edəcək şagirdlər sentyabr ayın əvvəlində
müsabiqə yolu ilə seçiləcək. Seçilmiş şagirdlərə "Code Academy”nin peşəkar təlimçiləri 10 gün
ərzində intensiv kodlaşdırma öyrədəcəklər. Təlim zamanı fərqlənən
iştirakçıların kompüter və mobil telefon kimi dəyərli hədiyyələr və "Code
Academy”də təhsil almaq imkanı əldə edəcəklər.
Layihənin
açılış mərasimində iştirak edən yerli icra hakimiyyəti orqanı nümayəndələri,
müəllim və valideynlərə proqram barədə geniş məlumat verildi. "Gələcəyi
kodlaşdır” komandasının rəhbəri Xalisə Şahverdi yerli məktəb şagirdlərini bu
proqramda iştirak etməyə və gələcəyin ən önəmlı bacarıqlarından olan
kodlaşdırmanı öyrənməyə səslədi.
"Gələcəyi kodlaşdır”proqramı Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi
tərəfindən yerli icmaların inkişafı və inklüziv tərəqqinin artırılması
məqsədilə dəstəklənir.
Məktəblilərə dəqiq elmləri öyrətməyi, yeni kəşflər etməyi və yeni dostluqlar qazandırmağı qarşısına məqsəd qoyan "Gələcəyi kodlaşdır” layihəsində iştirak pulsuzdur.