Biləsuvarda sahibsiz itin hücumuna məruz qalan azyaşlının son durumu açıqlanıb

Biləsuvarda sahibsiz itin hücumuna məruz qalan azyaşlının son durumu açıqlanıb
SOSİAL
00:02 03.04.2026
851
Biləsuvarda sahibsiz itin hücumuna məruz qalan 10 yaşlı oğlanın vəziyyəti məlum olub.

Bu barədə AZXEBER.COM-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

"Aprelin 2-si saat 08 radələrində Biləsuvar rayonunda baş verən it hücumu səbəbilə xəsarət alan 2017-ci il təvəllüdlü (kişi) azyaşlı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Ona sağ baldırın dişlənmiş yarası diaqnozu təyin olunub.

Pasiyentə zəruri tibbi xidmət göstərilib, quduzluq əleyhinə vaksin tətbiq olunub və ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda bildirilir.
OXŞAR XƏBƏRLƏR